Xuraman Muradova

Xuraman Muradova - Yalan

Poeziya 02 Sep 2026 52
Xuraman Muradova - Yalan

Xuraman Muradova - Yalan

Yalan
Xuraman Muradova


Yalan dedin dərd  o deyil — etimadım oldu viran,
Bir də sənə inanmağa yol qoymadı həmin yalan.

Yalan qartopu tək olar, dağa dönər hər bir zaman,
Haqq günəşi doğan anda suya dönər hər bir yalan.

Məni yandıran yalan yox, verdiyim dəyərdir, inan,
Dəyər verib inandığım üçün incidər məni yalan.

Qum üstündə qurulan köşk ilk dalğada olar viran,
Etibarını itirər söylədiyin bircə yalan.

Acı haqqın hər kəlməsi şərəf verər, ucalar şan,
Nə qədər şirin olsa da, yenə şərəfsizdir yalan.

Yalançının ən ağır hökmü budur, ey insan inan 
Doğru desə, inanılmaz — çünki keçmişidir yalan.

Haqq başmağın geyinincə ötüb keçər neçə zaman,
İlk addımda yaxalanar ömrü bitmiş həmin yalan.

Dili min söz söyləsə də, gözlərində haqdır bəyan,
Gözlər söylədiyi haqqı örtə bilməz heç bir yalan.

Etimad ağ kağız kimi, ləkə salsan qalar nişan,
Nə qədər təmizləsən də, izlərini saxlar yalan.

İzlərini saxlar yalan Yalan  yalan

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Qəlbimdən keçənləri hər kəs bilməz… çünki mən susaraq yaşamağı seçdim.”
- Xuraman Muradova