Xuraman Muradova

Xuraman Muradova - MƏN SƏNƏ BİR DUA QƏDƏR YAXINAM

Poeziya 29 Oct 2026 14
Xuraman Muradova - MƏN SƏNƏ BİR DUA QƏDƏR YAXINAM

Xuraman Muradova - MƏN SƏNƏ BİR DUA QƏDƏR YAXINAM

Axşamın kölgəsi suya düşəndə,
Tənhalıq içində qəlbin küsəndə,
Xəyalın mənimlə hər görüşəndə,
Mən sənə bir dua qədər yaxınam.

Darıxsan, göylərə baxarsan yenə,
Bir ulduz işığı süzülsün sənə.
Bir sözün sığmasa susan sinənə,
Mən sənə bir dua qədər yaxınam.

Arada dağ olsa, sevgim yol aşar,
Könlümdə ən şirin xatirən yaşar.
Xəyalın hər gecə mənə yanaşar,
Mən sənə bir dua qədər yaxınam.

Heç vaxt adın belə gəlməsə dilə,
Həsrətim ruhunda çevrilsə selə,
Bir ömür üz-üzə gəlməsək belə,
Mən sənə bir dua qədər yaxınam.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzən insanın ən böyük yorğunluğu ürəyində gizlənər.”
- Xuraman Muradova