Xuraman Muradova

Xuraman Muradova - Hər çətinlik son deyil

Poeziya 19 Jul 2026 10
Xuraman Muradova - Hər çətinlik son deyil

Xuraman Muradova - Hər çətinlik son deyil

Hər çətinlik son deyil, bil, ümidini üzmə elə,
Bəzən daşlar yerin tapar, möhkəmlənər təməl belə.

Qopan tufan qorxutmasın, hər fırtına  bir gün dinər,
Səbrlə duran könüllərə bir gün mütləq bahar enər.

Çat verən hər iz viranə, hər ayrılıq son deyilmiş,
Qırılan qəlb yenə sevib, yenə eşqlə döyünərmiş.

Zülmətlər əbədi deyil, sübhü də gətirər zaman,
Səbr eyləyən könüllərə Yaradan verəcək ehsan.

Vaxtından tez hökm vermə, bil, hər kədərin yekun deyil,
Bəzən cavabın gecikər, hər səbir cavabsız deyil.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Millətin ən böyük qalası daş divarlar deyil… Vətəninə sədaqətli insanlardır.”
- Xuraman Muradova