Xuraman Muradova

Xuraman Muradova - İNSANI YAŞADAR SEVGİ VERƏNLƏR

Poeziya 19 Oct 2026 41
Xuraman Muradova - İNSANI YAŞADAR SEVGİ VERƏNLƏR

Xuraman Muradova - İNSANI YAŞADAR SEVGİ VERƏNLƏR

Bir baxışla könüllərdə gül açar,
Bir təbəssüm qaranlığa nur saçar.
Bir xoş sözdən könül quşu hey uçar,
Ömürdə bahardır sevgi verənlər.

Yorğun könül tapar onda bir sirdaş,
Qərib üçün olar doğma bir qardaş.
Ən dar gündə bizə olar can yoldaş,
Ruhuma qərardır sevgi verənlər.

Paylandıqca sevgi artar, azalmaz,
Könül verən könüllərdə yad qalmaz.
Sevgi varsa, dünya bizə daralmaz,
Ömrə yadigardır sevgi verənlər.

Saf məhəbbət bir çıraqtək hey yanar,
Bir mərhəmət min ürəkdə oyanar.
Sevən könül hər bir dərdə dayanar,
Qəlbə etibardır sevgi verənlər.

Kövrək qəlbə bir xoş kəlmə güc olar,
Bir baxışdan min ürəyə nur dolar.
Sevgi gəlsə, qəlbdə kədər tez solar,
İnsana vüqardır sevgi verənlər.

Bir xoş baxış min ümidi oyadar,
Qışın ortasında bahar yaradar.
Küsgün qəlbə yaşamağı anladar,
İnsanı yaşadar sevgi verənlər.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

<p>Sonda peşman olacağın şey,<br>sevdiyin insanlara, sevdiyin işlərə və arzularına daha çox vaxt ayırmamış olmaqdır.</p>
- Xuraman Muradova