Xuraman Muradova

Xuraman Muradova - SƏN GİZLİ BİR SİRR TƏK ÜRƏYİMDƏSƏN

Poeziya 29 Oct 2026 18
Xuraman Muradova - SƏN GİZLİ BİR SİRR TƏK ÜRƏYİMDƏSƏN

Xuraman Muradova - SƏN GİZLİ BİR SİRR TƏK ÜRƏYİMDƏSƏN

Həsrətin səssizcə qapımı döyər,
Hər gecə yuxuma bir kədər enər.
Adını çəkəndə səsim titrəyər,
Sən gizli bir sirr tək ürəyimdəsən.

Bir gizli yuxutək könlümdə qaldın,
Qəlbimə silinməz izini saldın.
Gedəndə ömrümün yazını aldın,
Sən gizli bir sirr tək ürəyimdəsən.

Gözünün yaşını silib susaram,
Dərdini özümə həmdəm tutaram.
Özümü unudub səni duyaram,
Sən gizli bir sirr tək ürəyimdəsən.

İllərin ardınca izlərin qalar,
Xəyalımda yaşlı gözlərin qalar.
Mənə deyilməmiş sözlərin qalar,
Sən gizli bir sirr tək ürəyimdəsən.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Sevgi elə bir hissdir ki… insanın içində həm yara açar, həm də o yaranı sağaldar.”
- Xuraman Muradova