Xuraman Muradova

Xuraman Muradova - Vətənin oğulları  

Poeziya 25 Jun 2026 22
Xuraman Muradova - Vətənin oğulları  

Xuraman Muradova - Vətənin oğulları  

Müqəddəs zirvədir vətən adınız,  
Üçrəngli bayraqdır vətən andınız,  
Vətəni hər şeydən uca sandınız, 
Vətənin mərd, cəsur ər oğulları... 
 
Yolunuz haqq yolu, ədalət yolu, 
Qəlbiniz azadlıq eşqiylə dolu,  
Sən ey vətənimin  qeyrət simvolu, 
Vətənin qeyrətli  mərd oğulları... 
 
Günəş tək parlayıb gün tək doğanım,  
Cəsarət rəmzisən, şöhrətim, şanım, 
Sən Zəfər müjdəlim, Qələbə anım, 
Düşmənin gözünə dərd oğulları… 
 
Bu xalqın, millətin Mübariz səsi,  
Babəkdən yoğrulub ruhu, nəfəsi, 
Sizdən boy atıbdı vətən sevgisi, 
Vətənin can verən hər  oğulları... 
Qüdrətli, namuslu, mərd oğulları.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“İnsan ən çox çıxış yolu qalmayanda dua ilə güclənər.”
- Xuraman Muradova