Xuraman Muradova

Xuraman Muradova - HEKAYƏMİN BİR SƏHİFƏSİ…

Poeziya 30 Jun 2026 7
Xuraman Muradova - HEKAYƏMİN BİR SƏHİFƏSİ…

Xuraman Muradova - HEKAYƏMİN BİR SƏHİFƏSİ…

Hekayəmə yeni səhifə tək gəldin,
Səssiz bir bahar tək toxundun qəlbə.
Bəlkə yollarımız çox tez ayrıldı,
Amma izlərinlə həkk oldun qəlbə.

Hər gələn ömürlük qalmaz, dayanmaz,
Fəsillər tək keçər səssiz-səmirsiz.
Amma elə insanlar var, getsə də,
Ürəkdə ömürlük qoyarlar bir iz.

Sən də elə oldun mənim ömrümdə,
Bir fəslin içində bütöv bir ömür.
Ayrılıq hər şeyi silə bilmədi,
Sevgin xəyalımda yenə görünür.

Mən çox minnətdaram, tanıdım səni,
Qəlbimdə incə iz qoyduğun üçün.
Bəzi insanlar var, ömürlük qalmaz,
Xəyallarda yaşar bir ömür üçün.

Nə qədər fərqli yol seçsə də həyat,
Bizi uzaqlara salsa da zaman.
Hekayəmin həmişə bir yerində,
Səssiz bir cümlə tək yaşayacaqsan.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Hər gülümsəməyin arxasında danışmayan bir hekayəm var.”
- Xuraman Muradova