Xuraman Muradova

Xuraman Muradova - BƏLKƏLƏRİN SÜKUTU…

Poeziya 29 Jun 2026 61
Xuraman Muradova - BƏLKƏLƏRİN SÜKUTU…

Xuraman Muradova - BƏLKƏLƏRİN SÜKUTU…

Gecə yarısıdır, şəhər lal axır,
Kölgən pəncərəmdə dayanıb baxır.
Xatirə masama bir sükut axır,
Şeirlər ruhumda tək qalıb, bəlkə.

Yorğun addımlarım illərin yükü,
Hər köçən fəsildə itirdik ilki.
O uca sevgidən ucalan mülkü,
Zaman öz əliylə yox edib, bəlkə.

Uzaqdan qəribə bir nəğmə dinər,
Səsi ürəyimə sızıltı sərər.
Sinəmdə odlanan bu gizli qəhər,
Sənin yoxluğundan rəng alıb,bəlkə.

Sındı sığınacaq, o liman itdi,
Bərk rüzgarlar əsdi, sükut da getdi.
O məğrur günlər də yuxutək bitdi,
Ömrün baharına qar yağıb, bəlkə.

Güzgüdə gördüyüm o solğun baxış,
Taleyin yazdığı qəribə naxış.
Bir gediş başladı, bir leysan yağış…
Sükutla hər şeyi bitirdim, bəlkə. 

###XuramanMuradova #Xuraman Muradova #Şair ##   

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzən insanın ən böyük yorğunluğu ürəyində gizlənər.”
- Xuraman Muradova