Xuraman Muradova

Xuraman Muradova - PƏRİŞAN EYLƏYİR

Poeziya 22 Jun 2026 31
Xuraman Muradova - PƏRİŞAN EYLƏYİR

Xuraman Muradova - PƏRİŞAN EYLƏYİR

Sev o cananı ki, sənə can qurban eyləyir,
Çırpınır eşqin yolunda, qəlbi üsyan eyləyir.

Varkən et hörmət ona, qədrini bil, can tək əziz,
Gör necə səbrin sənə hər ləhzə ehsan eyləyir.

Gəlsə hicran vədəsi, sevmək nəyə lazımdır, ah?
Gedən öz gedişiylə mülkünü viran eyləyir.

Mən bu aləmdə gəzib gördüm ki, bir həqiqət var,
Dönməz o ötən günlər, ürəyə fərman eyləyir.

Gözlərin yollarda qalsa, fayda verməz nalələr,
Gedən söndürər çırağı, qəlbi viran eyləyir.

Yad edib keçmişləri hər dəm ürək qan ağlayar,
Xatirə gəlib yenə ruhu pərişan eyləyir.

Getdi o gözəl günlər, atam, anam, bacım ilə,
Xuraman öz könlünü dərdlə pərişan eyləyir.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Vətən uğrunda axan göz yaşı da müqəddəsdir, axan qan da.”
- Xuraman Muradova