Xuraman Muradova

Xuraman Muradova - BACARMAZSAN Kİ…

Poeziya 29 Jun 2026 77
Xuraman Muradova - BACARMAZSAN Kİ…

Xuraman Muradova - BACARMAZSAN Kİ…

Unutdun sanarsan məni ömürdən,
Şeirlər səs salar hər bir gecədən,
Bir mahnı boylanar qəfil bəstədən,
Məni unutmağı bacarmazsan ki…

Gözünü yumsan da, o qaranlıqda,
Məni axtararsan hər bir baxışda.
Adım pıçıldayar yağan yağışda,
Məni unutmağı bacarmazsan ki…

Yeni səhifələr açsan da bəlkə,
Ruhunu bürüyər köhnə bir kölgə.
Gülüşün arxası kədərdir, bəlkə?
Məni unutmağı bacarmazsan ki…

Zaman sınaq edər duyğularını,
Yenə yuxuların ərşə çəkilər.
Önündə dayanar o xatirələr,
Məni unutmağı bacarmazsan ki…

Başqa bir əl tutub, ovunsan belə,
Uzaqdan sevən tək öyünsən belə,
Yalandan bəxtiyar görünsən belə,
Məni unutmağı bacarmazsan ki…

Bir qəhvə qoxusu, bir şeir bəlkə,
Gətirər səsimi getdiyin mülkə.
Ürəyin sıxılar sakit, gizlicə…
Məni unutmağı bacarmazsan ki…

Vüqarlı sevgimin izi dərindir,
Qəlbdə göynəyən yer mənim yerimdir.
Vicdanın ən sadiq şahidindir, bil,
Məni unutmağı bacarmazsan ki…

##Xuraman#Muradova#Şair## 

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Qəlbimdən keçənləri hər kəs bilməz… çünki mən susaraq yaşamağı seçdim.”
- Xuraman Muradova