
Xuraman Muradova. Turan sevdalıları
Türk dünyamıza səs salan, Sülh adıyla qanad çalan, Xalqı, milləti bəxtiyar İlham kimi, Şövkət kimi Şərəfli oğulların var. Dünyanın hər bir yerinə, Yayılıbdı türk adınız Turan ellərindən gəlir, Qardaşlaşan xoş sədanız. Ta qədimdən dost olubdu Azərbaycan, Özbəkistan. Qoruyacaq bu dostluğu, Sizin tək rəhbərlər hər an. Qoşalaşıb yol gedirsiz, Turan adlı məmləkətə. Bir bayraq altda birləşən Baş əyək Turan dövlətə. Turan adlı sevdamızsız Can Türkiyəm, Azərbaycan. Yumruq kimi bir olmusuz Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan. Sizin kimi rəhbərimlə Açılır qanadım, qolum. Sizdən hər an ilham alır Turanıma gedən yolum. Yolunuza nur çiləsin Dualarım, şeirlərim. Xuramanla bir sevinsin. Turan sevən könüllərim.
Hələ təsdiqlənmiş rəy yoxdur.