Xuraman Muradova

Xuraman Muradova - Təvəkkül eylə

Poeziya 09 Jun 2026 21
Xuraman Muradova - Təvəkkül eylə

Xuraman Muradova - Təvəkkül eylə

Sınarmış yarpağı rüzgâr, edərmiş insanı səbr   imtahan,
Bu fani daxilin hər bir anında gizlidir sirri-bəyan.

Açarsan ən gözəl gültək, nə bilsin qədrini nadan,
Səni bəzən ucuz eylər qəlbi sevməkdən uzaq insan.

Haman Qüdrətdir, ey can, həm səni var eyləyən, sınayan,
O Xaliqdir qəmi dildən silib, hikmətlə ovudan.

Biləsən, hər nə gəlsə başa, Allahdır o tək Sultan,
Üzülmə, dəyməz heç bir şeyə bu cahanda ah-fəğan.

Yazılmış qismətin zərrəcə zərrə, eyləmə şübhə,
Təvəkkül eylə sən Haqqa, sığın bircə o uca Rəbbə.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Xatirələr bəzən bir mahnıda, bir qoxuda, bir sükutda yenidən yaşayır.”
- Xuraman Muradova