Xuraman Muradova

Xuraman Muradova "Allahım, bağışla məni!"

Poeziya 09 Oct 2025 242
Xuraman Muradova "Allahım, bağışla məni!"

Xuraman Muradova "Allahım, bağışla məni!"

Əzabından əhvinə sığındığım,

Qəzəbindən sevginə sığındığım,

Səndən yenə, ey sənə sığındığım,

Qapına gəlmişəm, bağışla məni.


Lütfinlə könlümü hidayət  eylə, 

Ədalət yolumu həqiqət eylə,

Günahım çoxdursa mərhəmət eylə,

Qapına gəlmişəm bağışla məni.


Sən haqsan, mən sənə gələn bir yolam, 

Sevgindən açılan qanadam, qolam

Sənə itaətkar bəndənəm, qulam,

Qapına gəlmişəm bağışla məni.


Açdım dərgahına xoş əllərimi,

Allahım, qaytarma boş əllərimi,

Götürüb arzumu, diləklərimi

Qapına gəlmişəm bağışla məni.


Ey Rəbbim, rəhm elə məğfirətinlə,

Mən Sənə bağlıyam sədaqətimlə,

Sən ümid yerimsən, saf niyyətimlə,

Qapına gəlmişəm bağışla məni.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Güvən bir şüşə kimidir; sənin bir anlıq laqeydliyin, başqasının bir ömürlük inamını qıra bilər.”
- Xuraman Muradova