Xuraman Muradova

Xuraman Muradova - SÜNİ DÜNYA

Poeziya 07 Aug 2026 38
Xuraman Muradova - SÜNİ DÜNYA

Xuraman Muradova - SÜNİ DÜNYA

SÜNİ DÜNYA
Xuraman Muradova

Süni dünyada qalıb hiss ilə vicdan, nə qərib,
Allah verdiyi ruh hanı? Bu nə tale, nə qərib.

Halal əməyindən imtina eylərmiş insan,
Ac qalarsa bu bəşər, bəs necə yaşayar insan?

Süni insanlardan  öncə robotlaşıb çox insan,
Buz kimi donub ürəklər, qalmayıb ruhunda can.

Süni qəlblər çoxaldıqca azalar  haqqı duyan,
Bir ovuc vicdanlılar da gedər onlara qurban.

Çox duyğusuz insanlar var, sözü buz tək, qəlbi soyuq,
Ruhu olmaz sözündə, sanki can var, nəfəs soyuq.

Gələcək qaranlıq bir yola bənzər görünür,
Bu Süni  dünyada insanlığın sonu görünür.
İnsanlığın sonu görünür

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Mən artıq özümü izah etmirəm… anlayan anlayır.”
- Xuraman Muradova