Xuraman Muradova

Xuraman Muradova - SOLĞUN XATİRƏLƏR

Poeziya 10 Jul 2026 42
Xuraman Muradova - SOLĞUN XATİRƏLƏR

Xuraman Muradova - SOLĞUN XATİRƏLƏR

Saralmış yarpaqlar ayaq altında,
Payızın nəfəsi küçəni bükür.
Gün batır, kölgələr uzanır yolda,
Zamanın əlindən sükutlar çökür.

Yağış yuyur indi o köhnə izi,
Dəniz sahili tək qalıb bu axşam.
Yadıma salır o solğun dənizi,
Ömürdən köçənlər qayıtmaz bir an.

Külək pıçıldayır uzaq bir adı,
Səssizcə xəyala dalır bu qəlbim.
Bir ömür dediyin – xatirə dadı,
Qaldı xatirəmdə solğun bir şəklin.

Qayıtmaz o günlər, bilirəm artıq,
Xəyallar qalıbdır yaddaşımda tək.
Nə qədər uzaqda qalsa da illər,
Adını pıçıldar bir kövrək ürək.

Saralmış yarpaqlar yenə yol salır,
Payız hər il eyni nağılı deyir.
Gedən geri dönməz, bilirik bunu,
Amma xatirələr heç vaxt ölməyir.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Ən böyük sevgi sahib olmaq deyil… o qəlbi incitməməkdir.”
- Xuraman Muradova