Xuraman Muradova

Xuraman Muradova - HARDASAN?

Poeziya 12 Jul 2026 8
Xuraman Muradova  - HARDASAN?

Xuraman Muradova - HARDASAN?

Sındıra bilməz ki, bu həsrət məni,
Bükmərəm heç zaman məğrur qəddimi.
Mən ki, ucaltmışdım göylərə səni,
İndi o göylərdə qalan, hardasan?

Gedişin qəlbimdə bir iz qoysa da,
Zaman gəncliyimi tez soldursa da,
Yoxluğun ömrümə həsrət olsa da,
Bu eşqdə çarəsiz qalan, hardasan?

Məğlubiyyət gəlməz mənim şanıma,
Baş əymək yaraşmaz asil qanıma.
İndi o kölgətək gəlib yanıma,
Xəyalı gözümdə solan, hardasan?

Məğrur baxışıma bükdüm bəxtimi,
Özüm ucaltmışam sevda taxtımı.
Sən özün devirdin qızıl bəxtini,
İndi peşmanlıqda yanan, hardasan?

Mən sənə bir ömür bəxş eləmişdim,
Səni bu qəlbimə nəqş eləmişdim.
Sənə qızıldan bəxt  bəxş eləmişdim,
İndi bəxti səssiz solan  hardasan, hardasan hardasan..?

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Millətin ən böyük qalası daş divarlar deyil… Vətəninə sədaqətli insanlardır.”
- Xuraman Muradova