Xuraman Muradova

Xuraman Muradova - Sıradan Bir Eşqi İstəmirəm Mən

Poeziya 02 Sep 2026 50
Xuraman Muradova - Sıradan Bir Eşqi İstəmirəm Mən

Xuraman Muradova - Sıradan Bir Eşqi İstəmirəm Mən

Sıradan Bir Eşqi İstəmirəm Mən
Xuraman Muradova


Ruhuma ucalıq, vüqar gərəkdir,
Məğrur baxışlarla döyünsün ürək.
Zirvələr fəth edən bir xislət gərək,
Sıradan bir eşqi istəmirəm mən.

Əsilzadə sevgi bir xəzinədir,
Vicdanın ən uca zirvəsindədir.
Şəxsiyyət tacının cövhərindədir,
Sıradan bir eşqi istəmirəm mən.

Enməsin eşqimiz ucuz həvəsə,
Dönsün ləl tək təmiz, ali nəfəsə.
Baş əyməz bu könül ötəri səsə,
Sıradan bir eşqi istəmirəm mən.

Təmənna bitməsin könül bağında,
Saf duyğu qorunsun eşq ocağında.
Mənfəət tərk olsun dost qucağında,
Sıradan bir eşqi istəmirəm mən.

Şəxsiyyət tac olsun, ləyaqət uca,
Vüqar nur çiləsin yola boyunca.
Ruhumuz ucalıq duysun doyunca,
Sıradan bir eşqi istəmirəm mən.

Zaman sığışmasın ömür payına,
Vəfa baş əyməsin illər sayına.
Dönməsin sevgimiz həvəs çayına,
Sıradan bir eşqi istəmirəm mən.

Vəfası boy atsın təmiz vicdandan,
Sakit bir güc axsın dərin ümmandan.
Əhdi bütöv olsun ötən hər andan,
Sıradan bir eşqi istəmirəm mən.
Sıradan bir eşqi istəmirəm mən

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“İntizamsızlıq — sənə inananların sevincini gecikdirmək, ümidini isə yarı yolda qoymaqdır.”
- Xuraman Muradova