Xuraman Muradova

Xuraman Muradova: Sevmişdim Səni...

Poeziya 30 Dec 2025 178
Xuraman Muradova: Sevmişdim Səni...

Xuraman Muradova: Sevmişdim Səni...

Daha səndən bir də bəhs etməyəcəm, Köhnə rəsmlərdə, səhifələrdə qal.Mən hüzur haqq etdim, sən hüzün verdin,Gecikmiş sevgini indi geri al. Dünyanın nur saçan şəfəqi kimi,Mən haqqın özü tək görmüşdüm səni.Haqqın-ədalətin aşiqi bilib,Gerçəyin özü tək sevmişdim səni!  Sənə gözlərimdə bir bağ salmışdım,O bağın gülləri quruyub açmaz.Sevgimiz bənzərdi çoşan çaylara,Daha o çaylar da quruyub, axmaz. Hər açan çiçək də, hər açan güldə, Son baharda xəzan olub  solarmış.Bəzən coşğu ilə gələn sevginin, Sakit  pıçıltılı sonu olarmış...
Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Mən artıq özümü izah etmirəm… anlayan anlayır.”
- Xuraman Muradova