Xuraman Muradova

Xuraman Muradova: Sevgi olmayan yerdə...

Poeziya 13 Jan 2026 178
Xuraman Muradova: Sevgi olmayan yerdə...

Xuraman Muradova: Sevgi olmayan yerdə...

Bizi sevməyənlərə daha səbrim yox mənim, Sevgi əgər yoxdursa, susmaq da bir cavabdır.Nə deyəcək sözüm var, nə də gedəcək yolum,Məni sevməyənlərdən qəlbim çoxdan uzaqdır.
Ruhuyla sevməyənə açılmaz qapılarım.Qəlb alış-veriş deyil, haqqı, ədaləti var.Mən sevgini zor ilə qəlbimdə yaşatmaram,Sevməyənlər hardasa, elə orada qalar.
Bu yol geri dönməzdir,  izlərini silərəm.Dəyərsiz insanlara səbrimi xərcləmərəm.Yolum sevənlərlədir, qalanlar zaman alar,Sevməyən kimsələri Allah özü aparar…
Mən özümə sadiqəm, vicdanım yol yoldaşım.Hər kəs layiq olduğu yerdə tapar yoldaşın.Sevgi ilə gəlməyənə bir addım da atmaram.Sevgim mənim şərəfim, sevgim mənim sirdaşım…
Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzi insanlar həyatımızdan gedər… xatirələri isə bizimlə qalar.”
- Xuraman Muradova