Xuraman Muradova

Xuraman Muradova: Qəlbinin sahibi ol...

Poeziya 12 Feb 2026 166
Xuraman Muradova: Qəlbinin sahibi ol...

Xuraman Muradova: Qəlbinin sahibi ol...

Yalançı, qorxaq üçün qəlbini yaşatma sən,

Ömür qısa, zaman az, hər anı bir dəyərdir.

Sonra düzələr deyib, özünü aldatma sən.

Saxta sevgi, boş vədələr ruhun üçün kədərdir.


Vicdanını təmiz tut, ucalt öz mənliyini,

Dünya bir imtahandır, hər kəs öz yolun seçər.

Namərdlərin yanında itirmə mənliyini, 

Saxtakarın ömrü də bahar gəlmədən keçər.


Gözlərinə baxanda yalanı görməlisən,

Qorxaqların kölgəsi qəlbinə düşməsin heç.

Gerçəklərin həqiqət, sən onu seçməlisən.

Doğru yolun yolçusu olmaqdan sən qorxma, keç.


Könül mülkün müqəddəs, hər gələnə açma sən,

Yalanın kölgəsində gerçəklərdən qaçma sən,

Bir dildə yalan varsa, varlığı da yalandır.

Yalançı, qorxaq üçün qəlbini yaşatma sən.


Dil başqa, qəlbi başqa olanlardan uzaq dur,

İnsan özü-özünə ən böyük bir aynadır 

Doğru sözün qılıncdır, hiyləni onunla vur,

Saxtalığın sonu yox, qaranlıq bir dünyadır…

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

<p>Zamanı boş yerə sərf etmə.<br>Çünki geri qaytara bilməyəcəyin yeganə sərvət zamandır.</p>
- Xuraman Muradova