Xuraman Muradova

Xuraman Muradova - SƏNİ UNUTMADIM Kİ

Poeziya 02 Sep 2026 37
Xuraman Muradova - SƏNİ UNUTMADIM Kİ

Xuraman Muradova - SƏNİ UNUTMADIM Kİ

SƏNİ UNUTMADIM Kİ
Xuraman Muradova

Adını xəlvəti hər gecə dualarda andım,
Eşqimin tək ünvanı sən oldun, sənə bağlandım —
Səni unutmadım ki…

Ömrü ayrı yaşasaq da, qəlbimə yenə yol saldın,
Ruhumun aynasında hər an yenidən canlandın —
Səni unutmadım ki…

Bağışla, telefonumdan adını da silmişəm,
Adsız bir zəng gələndə bəlkə sənsən bilmişəm —
Səni unutmadım ki…

Məsafələr uzaqlaşdı, sən ruhuma yaxın qaldın,
Xəyalımdan heç getmədin, ürəyimdə məskən saldın 
Səni unutmadım ki…
Sənsiz qalan bu ömrümdə çox gecələr oyandım,
Pəncərəmdə külək əsdi, səndən xəbərdir sandım —
Səni unutmadım ki…
Sevgimi qürurla andım, vəfamla varlandım,
Yaşanmayan sevgimizlə,xəyalınla yaşlandım —
Səni unutmadım ki…
Səni unutmadım ki

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Dualarım susduğum yerlərin səsi oldu.”
- Xuraman Muradova