
Xuraman Muradova - SƏN SOLMA, QIZILGÜLÜM
Könlümün bağında açdın, ömrümə oldun səfa,
Küləklər səni əyməsin, sən solma, qızılgülüm.
Ömrümün ən saf duyğusu, sirdaş oldun sən mənə,
Həsrət qoyma bu könlümü, sən solma, qızılgülüm.
Payız gəlsə, yarpaq düşsə, sən baharım olaraq qal,
Rəngin getsə, könlüm solar, sən solma, qızılgülüm.
Bir gün ömrüm sona yetsə, sevgim qalsın yadigar,
Məndən sonra da çiçək aç, sən solma, qızılgülüm.
Xuraman könlündə səni bir əbədi sevda sanar,
Adın qalsın nəğmələrdə, sən solma, qızılgülüm.
Hələ təsdiqlənmiş rəy yoxdur.