Xuraman Muradova

Xuraman Muradova - Sən elə bildin ki, səni sevmədim?!

Poeziya 21 Jun 2026 33
Xuraman Muradova - Sən elə bildin ki, səni sevmədim?!

Xuraman Muradova - Sən elə bildin ki, səni sevmədim?!

Gəlişin ömrümə fərman eylədi,
Gedişin sükutu bəyan eylədi,
Bu fani dünyamı yalan eylədi…
Sən elə bildin ki, səni sevmədim?
Mən kimsəni sənin qədər sevmədim.

İlk baharım soldu, xəzan eylədi,
Bu dilsiz sevgim də fəğan eylədi,
Hər ötən günümü güman eylədi…
Sən elə bildin ki, səni sevmədim?
Mən kimsəni sənin qədər sevmədim.

Uzun illər sonra gəldin ömrümə,
Məğrurluq hər sözü vermədi dilə,
Qürurum sevgimi qurban eylədi…
Sən elə bildin ki, səni sevmədim?
Mən kimsəni sənin qədər sevmədim.

Ən böyük sevgini dilsiz gizlədi,
Söylənməyən sözlər səni izlədi,
Sükutum gedişə üsyan eylədi…
Sən elə bildin ki, səni sevmədim?
Mən kimsəni sənin qədər sevmədim.

Həsrətin sinəmdə tüğyan eylədi,
Yarımçıq eşqimi ümman eylədi,
Ömrüm bu sevgini dastan eylədi…
Sən elə bildin ki, səni sevmədim?
Mən kimsəni sənin qədər sevmədim.

Ayrılıq qəlbimdə fəğan eylədi,
Bu qərib ruhuma nələr söylədi,
Tale yollarımı duman eylədi…
Sən elə bildin ki, səni sevmədim?
Mən kimsəni sənin qədər sevmədim.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

<p>Bir gün geriyə baxanda anlayacaqsan ki,<br>ən gözəl günlərin sahib olduqların deyil, hiss etdiklərin olub.</p>
- Xuraman Muradova