Xuraman Muradova

Xuraman Muradova: Səcdə və səbir

Poeziya 01 May 2026 74
Xuraman Muradova: Səcdə və səbir

Xuraman Muradova: Səcdə və səbir

Ey könül, hər dərdi-pünhan tapsa yol can mülkünə,

Səbr qıl, üz tut namaza, çat həqiqət mülkünə.


Zikr edib Mövlanı səbr et, rəhməti-Sübhan budur,

Ruhuna aram verən ən doğru bir fərman budur.


Səcdədir mömin üçün ən uca, ali rütbəgah,

Səbr edən qəlbin yanında hər zaman vardır Allah.


Hər çətinlik gəlsə, səbr et, Haqqı çağır sidq ilə,

Dön namazla Şəhri-Eşqə, lütfü ondan sən dilə.


Səbr açardır hər qapı açar, namaz nuru-rəvan,

Şəhri-Tanrı mülkünə can at, olarsan laməkan.


Çünki Allah sadiqü-sabir olan kəslərlədir,

Nuru-hikmət daim onlarla, müqəddəs sirlədir.


Həqq yolunda sabit ol sən, ey Xuraman, hər zaman,

Səbr edən kəs lütfü-Rəbblə tapdı hər dərdə aman.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzən insanın ən böyük yorğunluğu ürəyində gizlənər.”
- Xuraman Muradova