
Xuraman Muradova - Bir xəyalmış, yar…
Bir xəyalmış, yar…
Xuraman Muradova
İlləri ötəri aylara satdıq,
Ümidi bir anlıq həvəsə bükdük.
Aynada hər dərin cizgiylə, heyhat -
Gözəl günlər üçün göz yaşı tökdük.
Gündüzü qaranlıq gecəyə verdik
Gəncliyi ötəri sevdaya verdik.
Solan arzuların, puç xəyalların,
Sakitcə boynunu bükdüyün gördük…
İndi əlimizdə tənha bir boşluq,
Sona yetmiş ömrün soyuq külü var.
O romantik anlar, şirin duyğular,
Bir soyuq xatirə, bir xəyalmış, yar…
Xuraman, ömürdən nə qaldı bizə?
Bir neçə solmuş gül, xəzanlı bahar.
Dedik, eşq əbədi...inandıq sevdik,
Demə ilk bahar da son baharmış, yar…
Hələ təsdiqlənmiş rəy yoxdur.