Xuraman Muradova

Xuraman Muradova - ŞAİRİN SEVGİSİ

Poeziya 27 Jun 2026 53
Xuraman Muradova - ŞAİRİN SEVGİSİ

Xuraman Muradova - ŞAİRİN SEVGİSİ

Könül bir səmimi “salam” gözləyər,
Məğrur duruşunu bəyan eyləyər.
Şükür hər qismətə, şükür Allaha,
Şair öz sevgisin şeirə söyləyər.

Gələn gəlməsə də səbr edər dözüm,
Həsrətin odunda qovrular dözüm.
Dünyanın içində tək qalsa belə,
Məğrur baxışımda ağlamaz dözüm.

Zamanın hökmünə baş əyməz qürur,
Sükutun içində min ümid durur.
Taleyim sınağa çəksə də məni,
Ruhum öz eşqiylə bir qala qurur.

Şairin sevgisi ölməz heç zaman,
Şeirlərə dönər hər həsrət, güman.
O susaraq sevər, sevgisi yaşar,
Şairin sevgisi ölməz heç zaman…

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“İnsan ən çox güvəndiyi yerdən yorularmış…”
- Xuraman Muradova