Xuraman Muradova

Xuraman Muradova - Hüzuru tapmışam

Poeziya 07 Sep 2026 71
Xuraman Muradova - Hüzuru tapmışam

Xuraman Muradova - Hüzuru tapmışam


Gedən getsin bu dünyamdan, uca Rəhmanı tapmışam,
Təklik qorxusu bitmişdir, dərin imanı tapmışam.

Könül azad olub dərddən, təmiz vicdanı tapmışam,
Bizi tərk eyləməz Xaliq, uca sultanı tapmışam.

Özüm bildim, özüm duydum, tükənməz canı tapmışam,
Həqiqi sevgi qoynunda gözəl dövranı tapmışam.

Ruhum, qəm çəkmə əsla sən, bu dünya gəldi-gedərdir,
İlahi lütfə sığındım, o haqq fərmanı tapmışam.

Xuraman, parlayar nurun, Yaradan tək qoyarmı heç?
Şükür olsun uca Rəbbə, hüzur ünvanın tapmışam.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

<p>İnsan ömrünü illər deyil,<br>qəlbində yaşatdığı gözəlliklər ölçür.</p>
- Xuraman Muradova