
Xuraman Muradova "Nə vaxtsa yada düşərəm..."
Nə vaxtsa yada düşərəm,
Gözlərinə duman gələr.
Qəlbin sükut ilə dolar,
Gerçəklərin güman gələr.
Bir mahnı, bir baxış, bir səs,
Məni sənə xatırladar...
O anda anlayarsan ki,
Sevən könlün olub qübar.
Bir zaman dəli tək sevdin,
O sevgini xatırlarsan.
Keçmişin izlərinə sən
Kövrəlib, dolub ağlarsan.
Köks ötürüb o sevgiyə
Bir xoşbəxtlik arzularsan…
Xəyalların sıxar səni
Həsrətinlə barışarsan…
Həsrətinlə barışarsan…
Hələ təsdiqlənmiş rəy yoxdur.