
Xuraman Muradova -Ən Xoşbəxt Günləri Adi Sandıq
Gün gələr, hər şey keçər dedilər, inandıq,
Sən demə, ən xoşbəxt günləri adi sandıq.
Gələcək xoş günlərin yolunu gözlədik durduq,
Keçən hər bir xoş anı biz kölgələrdə qoyduq.
Zaman ötdü, gəlmədi gözlənən o sevda,
Maziyə baxarkən əriyib getdi bu hülya.
Böyüdükcə yüngüllər dedilər qalan kədərlər,
Lakin geridə qaldı o dərdsiz ötən dəmlər.
Keçmiş günümüz sanki birər kölgə olub getdi,
Ömrün ən gözəl mövsümü səssizcə tükənib bitdi.
İllərlə ovunmaq bizə artıq qədər oldu,
Xuraman, xatirələr həsrət dolu kədər oldu.
Hələ təsdiqlənmiş rəy yoxdur.