
Xuraman Muradova - NANKORLAR
Əlindən tutduğun əllər bir gün daş atar sənə,
Ən dərin yaraları qəlbdə yaxın açar sənə.
Adam edib ucaltdığın dönüb yad olar bir gün,
Ən ağır zərbəni vurub özgə tək olar bir gün.
Sirrini açdığın kəslər quyu qazar yoluna,
Dərdini bölüşdüyün də tikan olar gülünə.
Uzaqdan zərbələr gəlməz qəlbinin dərin yerinə,
Ən ağır zərbə gələr yaxın bildiyindən yenə.
Zaman göstərər kim imiş sədaqətin həmdəmi,
Vəfa umduğun könüllər unudar bir gün səni.
Xuraman, incimə əsla, dünyanın hökmü budur,
Yaxşılıq etdiyin əlin ən ağır dərsi budur.
Hələ təsdiqlənmiş rəy yoxdur.