Xuraman Muradova

Xuraman Muradova - Sevgi Şəfadır

Poeziya 08 Jun 2026 18
Xuraman Muradova - Sevgi Şəfadır

Xuraman Muradova - Sevgi Şəfadır

Könül mülkü viran, bülbül fəğanda,
Axtarar dərmanı fani cahanda.
Ruhun ucaldığı o uca anda,
Anlarsan, hər dərdə sevgi şəfadır.

Nəfsin tufanında itəndə hər iz,
Qəlbin aynasını eylə sən təmiz.
Dünyanın yükünü çəksək də tək biz,
Məlhəmdir hər qəlbə, sevgi şəfadır.

Ümid boynu bükük, gözlər dumanlı,
Zaman amansızdır, ömür gümanlı.
Olsa da bu yollar ağır, fəğanlı,
Kədəri yox edən sevgi şəfadır.

Gözəllik axtarma zahiri rəngdə,
Həqiqət gizlənib ruhda, ahəngdə.
Nəfslə bəşərin etdiyi cəngdə,
Qalib gələn duyğu, sevgi şəfadır.

Xuraman, sözünü uca tut hər dəm,
O pak duyğularla silinsin hər qəm.
Rəbbimin bəxş etdiyi ali kərəm —
Doğru sevgi gəlsə, sevgi şəfadır.

Müəllif: Xuraman Muradova 🌹

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Sevgi bəzən bir ömür danışmadan belə, eyni ürəkdə qalmaqdır.”
- Xuraman Muradova