Xuraman Muradova

Xuraman Muradova - MƏN SƏNİ BƏLKƏ DƏ SEVƏ BİLƏRDİM

Poeziya 08 Jul 2026 32
Xuraman Muradova - MƏN SƏNİ BƏLKƏ DƏ SEVƏ BİLƏRDİM

Xuraman Muradova - MƏN SƏNİ BƏLKƏ DƏ SEVƏ BİLƏRDİM

Mən səni, bəlkə də, sevə bilərdim,
Sükutun qoynunda açan gül kimi.
Yolları qısaltdım addım-addım mən,
Ömrümdə bitməyən uzun yol kimi.

Mən səni, bəlkə də, sevə bilərdim,
Dönərdim qəlbində min-bir arzuya.
Zirvəyə yetməyə zaman vermədin,
Ümidlər çevrildi soyuq duyğuya.

Mən səni, bəlkə də, sevə bilərdim,
Amma tələsməyin ayırdı bizi.
İndi uzaqlarda yarımçıq bir eşq,
Mənim baxışımda xatirə izi.

Bəlkə də, sevərdim, amanım olsa,
Qismət boyun əysə öz həvəsinə.
Tələsdin, ayrılıq hökmünü verdi,
Gömüldü ruhumun xəyal səsinə.

Mən səni, bəlkə də, sevə bilərdim,
Tələsmə, demişdim – dinləmədin heç.
Mən səbirlə susdum ,sənsə tələsdin
Qismətimiz oldu yaşanmamış eşq.
Qismətimiz oldu yaşanmamış eşq, yaşanmamış eşq...

#Xuraman#Muradova###

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzi insanlar həyatımızdan gedər… xatirələri isə bizimlə qalar.”
- Xuraman Muradova