Xuraman Muradova

Xuraman Muradova - Mən getdim

Poeziya 04 Jul 2026 115
Xuraman Muradova - Mən getdim

Xuraman Muradova - Mən getdim

Mən getdim həyatından, sil bütün izlərimi,
Nə adımı an daha, nə keçmişi vərəqlə.
Sakitcə yumuram mən bu eşqə gözlərimi,
Unut yaşananları, xatirətək dəfn elə.

Yadına salma məni, qoy bitsin daha keçmiş,
Yollar ayrıldı artıq, silinib izimiz də.
Bu sevgi ömrümüzü yarıda qoyub getmiş,
İndi ayrılıq qalıb tək miras sevgimizdə.

Qismət deyilmiş demək, eyni yolda yürümək,
Sükut yazdı sonunu yarımçıq bir nağıl tək.
Sən öz yolunla getdin, mən öz taleyimlə tək,
Sevgimiz uzaqlarda yaşayır son nəfəstək.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Mənim gücüm səsimdə deyil… sussam da ayaqda qalmağımdadır.”
- Xuraman Muradova