
Xuraman Muradova - GEC QALDIQ
Sən gözlədin mən yazım, mən də səni gözlədim,
Yazılmayan məktublara… heyif, gec qaldıq.
Susmuş iki sevdalı, qürur çəkdi araya,
Deyilməyən o sözlərə… heyif, gec qaldıq.
Vaxt səssiz ötüb keçdi, soldu ömrün baharı,
Qayıtmayan o illərə… heyif, gec qaldıq.
Qismət deyilmiş, demək, o sevdanı yaşamaq,
Qürur qalib, sevgi məğlub… heyif, gec qaldıq.
Bu son ümid yerimiz, bu da son dayanacaq,
Getdi ömrün qatarı… heyif, gec qaldıq.
Xuraman, yazılmayan o məktub qaldı arada,
Yaşanmamış sevgimizə… heyif, biz gec qaldıq.
Hələ təsdiqlənmiş rəy yoxdur.