
Xuraman Muradova - Mən burdayam
Həyat bəzən ağır gəlir çiyinlərə,
Düşünürsən tənhasan bu dar səfərdə.
Sükut çökər içindəki ümidlərə,
Boğularsan dilsiz, səssiz bir kədərdə.
Amma qəfil doğma bir səs gələr sənə,
“Mən burdayam, qorxma” deyib əl uzadar.
O bir kəlmə məlhəm olar hər yarana,
Qaranlıqdan səni çəkib nura qatar.
Dost səsidir yüngülləşdirən dünyanı,
Bütün yüklərin çiynindən uçub gedər.
Yanında hiss edəndə o can dostunu,
Tək bir kəlmə bütün dərdi heç eyləyər.
Hələ təsdiqlənmiş rəy yoxdur.