Xuraman Muradova

Xuraman Muradova - DÜRÜSTLÜKDÜR

Poeziya 18 Aug 2026 89
Xuraman Muradova - DÜRÜSTLÜKDÜR

Xuraman Muradova - DÜRÜSTLÜKDÜR

DÜRÜSTLÜKDÜR

Xuraman Muradova

İnsana bəxş edilən ən gözəl sərvət,
Könüldən könülə nur, dürüstlükdür.
Sevgini ucaldan böyük bir qüdrət,
Ruhun libasında sirr, dürüstlükdür.

Yalanın kölgəsi çəkilər gendə,
Həqiqət parıldar hər bir kəlmədə.
Səmimi baxışın hər bəzəyində,
Ən ali, ən uca pir, dürüstlükdür.

Vəfanın tacıdır ömür bağında,
Açan hər çiçəkdə, saf yarpağında.
Həqiqi sevginin hər ocağında
Gözəl bir nişanə, dürr dürüstlükdür.

Nə qədər ucaltsa qəlbi məhəbbət,
Onu yaşadan da təmiz bir niyyət.
Bütün töhfələrdən uca bu nemət —
Ən gözəl hədiyyə bir dürüstlükdür.

Xuraman söyləyər: düz söz səadət,
Vicdanlı ömürdə iz dürüstlükdür.
İnsanı ucaldan ən saf ləyaqət,
Haqqın dərgahında üz dürüstlükdür.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzən insanın ən böyük yorğunluğu ürəyində gizlənər.”
- Xuraman Muradova