Xuraman Muradova

Xuraman Muradova - Məğrur təkliyim…

Poeziya 03 Jul 2026 37
Xuraman Muradova - Məğrur təkliyim…

Xuraman Muradova - Məğrur təkliyim…

Layiq olmayanın varlığındansa,
Onun gedişinin boşluğu xoşdur.
Əyilən başlara tac qoymaqdansa,
Məğrur təkliyimin zirvəsi xoşdur.

Könül mülkümdəki saxta izlərin,
Yoxluğu ruhuma hüzur, can verir.
Ürəkdən silinən hər nankor üzün,
Sükutu qəlbimə şərəf, şan verir.

Gedənin öz yolu özünə layiq,
Ucalan zirvəmdən enmərəm daha.
Qədrimi bilməyən saxta insana,
Qəlbimdə heç bir yer vermərəm daha…

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“İnsan ən çox güvəndiyi yerdən yorularmış…”
- Xuraman Muradova