Xuraman Muradova

Xuraman Muradova - ETİBAR

Poeziya 08 Oct 2026 119
Xuraman Muradova - ETİBAR

Xuraman Muradova - ETİBAR

Hər gülən üz dost deyilmiş, hər sevəndən olmaz yar,
Qədrimi bilməz könüldən könlümü tutdum kənar.

Dost odur ki, dar günündə dərdinə həmdəm olar,
Bir səmimi dost sözündən qəlbə min məlhəm dolar.

Az adamla yol gedərəm, yetər olsun etibar,
Lazımsa tənha qalaram, əyilməsin bu vüqar.

Yalan dolu yaxınlıqda nə dinclik, nə bir qərar,
Tənha yolun sükutunda könlüm rahatlıq tapar.

Xuramanın qəlbi sussa — sanma kimsəni axtarar,
Bir dəfə bağlanan qapı üzünə bağlı qalar.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzən insanın ən böyük yorğunluğu ürəyində gizlənər.”
- Xuraman Muradova