Xuraman Muradova-Küsmüş
İncisə qəlbim, inan, sevgi hələ də qəlbdədir,
Dəyər verən hər könül bil, etibardan küsmüş.
Məsafə yollar deyil, gizli qalan inciklik,
Uzaqdadır can deyən, ruhu dünyadan küsmüş.
Kəbəni yıxmağa bənzər qırsan əgər sən qəlbi,
Almasan könlün onun, hər an sınaqdan, küsmüş.
Fani dünyaya uyub, bərk sarılıb tək yaşamaq,
Ən böyük itkidir heyhat, o şirin can, küsmüş.
Söz bitibsə, demək göylərə ucalmış fəryad,
Sökülüb inam mülkü, səssiz, asiman küsmüş.
Ümidin səsi gəlmir, artıq gecdir bu kədər,
Bitib hər bir addım, sükutda üsyan küsmüş.
Günahkar axtarmaz gözüm, qınayır öz könlünü,
Niyə çox inandım deyə, bu qəlb ruhdan küsmüş.
Gizli uzaqlaşar ruhum, bəlli etməz bildiyin,
Qorx o sükutun rəngindən, oxunan duam küsmüş.
Danışma bu sevgini, qoy bu sirri bilsin Haqq,
Xuraman yaşanmamış, ötən zamandan küsmüş.

Hələ təsdiqlənmiş rəy yoxdur.