Xuraman Muradova

Xuraman Muradova - BƏZİ QADINLAR

Poeziya 19 Jul 2026 40
Xuraman Muradova - BƏZİ QADINLAR

Xuraman Muradova - BƏZİ QADINLAR

İsmətiylə ucalan bir sultandır bəzi qadınlar,
Qəlblərdə əbədi qalan nişandır bəzi qadınlar.

Bir dua tək dodaqlarda pünhandır bəzi qadınlar,
Yorğun könüllərə enən ümmandır bəzi qadınlar.

Sədaqətlə yazılmış bir dastandır bəzi qadınlar,
Ömrə nur, evə səadət, fərmandır bəzi qadınlar.

Sevən könüllərdə əbədi candır bəzi qadınlar,
Adı dillərdən düşməyən ünvandır bəzi qadınlar.

Şeir olar, nəğmə olar, ilhamdır bəzi qadınlar,
Allahın ən gözəl lütfü, dərdə məlhəmdir bəzi qadınlar.

Eşq əhlinə rəhməti-Rəhmandır bəzi qadınlar,
Hüsn mülkünə tac ilə sultandır bəzi qadınlar.

Lalə tək bağçada ətri-reyhandır bəzi qadınlar,
Bülbülün qəlbində bitməz əfğandır bəzi qadınlar.

Səbr ilə yoğrulmuş əhdü-peymandır bəzi qadınlar,
Dərdə məlhəm, könüllərə dərmandır bəzi qadınlar.

Bir baxışı min qəzələ ünvandır bəzi qadınlar,
Şair ömrünə ilhamlı divandır bəzi qadınlar.

Pak məhəbbət nurundan ehsandır bəzi qadınlar,
Yer üzünə Haqqdan gəlmiş ərmağandır bəzi qadınlar.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

<p>Sonda peşman olacağın şey,<br>sevdiyin insanlara, sevdiyin işlərə və arzularına daha çox vaxt ayırmamış olmaqdır.</p>
- Xuraman Muradova