Xuraman Muradova

Xuraman Muradova - İNSAN OLUN

Poeziya 01 Jul 2026 4
Xuraman Muradova - İNSAN OLUN

Xuraman Muradova - İNSAN OLUN

Kimsənin ürəyinə dərd olub, qəm tək dolmayın,
Gül açan bağçalara siz qara kölgə salmayın.

Kimsənin göz yaşına səbəb olan söz deməyin,
Bir könül yıxmayın əsla, ahını istəməyin.

Kimsənin saçına ağ, ömrünə həsrət olmayın,
Nur var ikən qəlblərə gecə zülmət tək dolmayın.

Kimsənin xatirində yara kimi iz qoymayın,
Bir dua almaq var ikən, ah ilə yad olmayın.

Kimsənin baharına sərt əsən qış siz olmayın,
Sevgi əkən qəlblərə nifrət ilə yol salmayın.

Kimsənin dilinə ah, ruhuna siz yük olmayın,
İnsan olun, mərhəmətdən özgə bir yol salmayın.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzi dualar gecikər… çünki Allah ən doğru zamanı gözləyər.”
- Xuraman Muradova