
Xuraman Muradova - İlahi hüzur
Ey Rəbbim, hər dərdimin dəvası tək Səndədir,
Səssiz dualarımın sədası tək Səndədir.
Mən susub kənardayam, qəlbimi Sənə açdım,
Qəlbimin hüzuru da, səfası da Səndədir.
İlahi, Sən hüzur ver bu yorğun ürəyimə,
Tək Sən özün şahidsən arzuma, diləyimə.
Məni qıranları da doğru yola yönəlt Sən,
Qaranlıq düşüncəni aydınlığa çıxart Sən.
Nə üsyan edirəm mən, nə ah çəkib ağlaram,
Sənə təvəkkül edib, ümidimi bağlaram.
Ya Rəbb, mənə səbr ver, ruhumu sevginlə sar,
Bilirəm ki, hər qışın sonunda bir bahar var.
Yol Sənin, qul Sənindir, ən gözəl Vəkilim Sən,
Şəfqətli əllərinlə ömrə sevgi qatan Sən.
Heç zaman ümidimi kəsmərəm dərgahından,
Məni heç tək qoymayan Mərhəmətli, yenə Sən.
Hələ təsdiqlənmiş rəy yoxdur.