
Xuraman Muradova - Gəlmə Daha
Gəlmə Daha
Sənsiz yenə düşdü axşam,
Pəncərədə tənha bir şam.
O sevgimə həsrət qalan,
Göz yaşıma oldum həmdəm, gəlmə daha.
Külək əsdi, pərdəm titrər,
Hər addımda köksüm göynər.
Sükut dərdi qəlbə söylər
Ömrümə hicranın gəldi, gəlmə daha.
Gecə döndü bir zindana,
Əl qaldırdım asimana.
Sönən o köhnə sevdama
Həsrət nəğməsi gəldi, gəlmə daha.
Gecə bitdi, səhər oldu
Qəlbim səni yola saldı.
Dönsən belə, son sözüm var:
Gəlmə daha! Gəlmə daha!
Gəlmə daha! Gəlmə daha!
Bu qəlbimə gəlmə daha!
Gəlmə daha! Gəlmə daha!
Həsrət dolu bu sevdama gəlmə daha!
Gəlmə daha…
Gəlmə daha…
Gəlmə daha…
Hələ təsdiqlənmiş rəy yoxdur.