
Düşüncələr
"Elə sevgilər var ki, səssiz bir saziş kimidir; taleyin gətirdiyi fırtınaya boyun əyməz, amma zamanın hökmünə də qarşı çıxmaz. Nə tam yaxınlaşarsan, nə də tam imtina edərsən..."
Xuraman Muradova
"Bəzi sevgilər zamanın və məkanın fövqündə yaşayır. Nə taleyin hökmünə baş əyib kiçilər, nə də vüsala yetməyi düşünər... Səssizcə, sadəcə öz böyüklüyü ilə var olar."
Xuraman Muradova
"Biz elə bir sükutun tərəfdarıyıq ki, orada nə bir giley var, nə də bir peşmanlıq. Nə tam yaxın buraxar həyat, nə də qəlbdən silib atmağa gücü çatar insanın..."
Xuraman Muradova
"Varlıqla yoxluğun arasında qalan elə duyğular var ki, onlara toxunmaq olmaz. Gəlməyə qürur mane olar, getməyə isə o sevginin müqəddəsliyi..."
Xuraman Muradova
Hələ təsdiqlənmiş rəy yoxdur.