Xuraman Muradova

Xuraman Muradova: Heç olmamış kimisən...

Poeziya 13 Jan 2026 171
Xuraman Muradova: Heç olmamış kimisən...

Xuraman Muradova: Heç olmamış kimisən...

O ilk baxış, o ilk gün… silinsin yaddaşımdan,

Adın belə keçməsin bir daha bu başımdan.

Səni elə sevmişdim, sən qəlbimin tərifi,

İndi isə qoy bitsin eşqinin hər hərfi.


Bir zamanlar dünyamdın, indi bir yad kimisən,

Sanki heç doğulmamış ağlar fəryad kimisən.

Nə izin qalsın məndə, nə xatirən, nə səsin,

Ruhum azadlıq tapıb, rahat nəfəs eyləsin.


Heç olmamış sayacam, nə varsan, nə də yoxsan,

Mənim üçün bir heçsən, min il keçmişdə qalsan.

Qarşıma çıxma bir də, yollarımız kəsilsin,

Varlığın birdəfəlik, ürəyimdən silinsin.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Susmağım razılıq deyil… sadəcə dəyərimi hər yerdə xərcləmirəm.”
- Xuraman Muradova