Xuraman Muradova

Xuraman Muradova - Ötəri nağıl

Poeziya 21 Jul 2026 32
Xuraman Muradova - Ötəri nağıl

Xuraman Muradova - Ötəri nağıl

Biz görüşdük, amma təsadüfən, gec,
Heyf ki, geriyə dönmür o çağlar.
Nə qədər kədərli olsa da, heç vaxt
Dost da ola bilməz biztək insanlar.

Görüşdü ruhumuz hər kəsdən uzaq,
Sevgi sorağında, sevgiyə möhtac.
Xoşbəxtlik sadəcə arzuya döndü,
Əlimizdən gələn bu idi ancaq.

Bir pərdə çəkildi, nağıla döndü,
Açılmadı heç vaxt sirli qəlbimiz.
Əlçatmaz arzutək yaşandı, söndü,
İllər sonra  gələn o saf sevgimiz.

Daha xəyal kimi, hər şey uzaqda,
Keçmişin qapısı bağlandı birdən.
Yalnız xatirəmdə yaşayacaqsan:
O sevgi, o duyğu, o həsrətli, sən…

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Mənim gücüm səsimdə deyil… sussam da ayaqda qalmağımdadır.”
- Xuraman Muradova