Xuraman Muradova

Xuraman Muradova - ANLAMADIQ

Poeziya 20 Jul 2026 34
Xuraman Muradova - ANLAMADIQ

Xuraman Muradova - ANLAMADIQ


Gözlədik zülmət gecənin bitməsini günlərcə,
Ömrün ötən çağında qəm nə idi,anlamadıq.

Səbr ilə zülmətdən işıq gözlədik günlərcə,
Soldu gül, oldu xəzan,keçdi zaman, anlamadıq.

Qəmdən azad olarıq sanmış idik bir gün biz,
Qəflət içrə büküldü qamətimiz, anlamadıq.

Sərgərdan eylədik ömrü bu xəyallar yolunda,
Zay olub keçdi bütün ömür — heyif, anlamadıq.

Bir vəfanın uğruna ömrümüzü qurban verdik,
Gəlmədi əhli-vəfa, oldu cəfa  anlamadıq.

Çətin günlər keçəcək, söylədilər, gözlədik biz;
Keçdi ömrün baharı, keçmədi qəm — anlamadıq.

Xuraman, yol gözlədin, bəlkə, tale gələr bir gün,
Ömür keçdi, gün keçdi… heyif, bunu anlamadıq.
Heyif, bunu anlamadıq ,anlamadıq...

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzi sevgilər danışılmaz… sadəcə insanın nəfəsində yaşayır.”
- Xuraman Muradova