Xuraman Muradova

Xuraman Muradova - Əsl sevgi

Poeziya 01 Jul 2026 133
Xuraman Muradova - Əsl sevgi

Xuraman Muradova - Əsl sevgi

Qəfil bir zamanda qarşına çıxar,
Ağlına gəlməyən o böyük sevda.
Baxışı od olar, qəlbini yaxar,
Həyatda yenidən başlanar sevda.

İstəmirəm sönük duyğunu, hissi,
Həyəcan verməyən eşq nəyə gərək?!
Boğar insanı o tənhalıq hissi,
Coşub-çağlamasa, vurmasa ürək.

İllər gəlib keçsin, qoy tək qalım mən,
Yalandan yaranan alova uymam.
Ruhum inciməsin peşmançılıqdan,
Mənasız sevgidən heç bir pay ummam.

Əsl sevgi odur – adı gələndə,
Gözündə bir ümid, bir işıq yana.
Üzün bircə anlıq, gizli güləndə,
Ruhun o sevginin eşqilə yana.

Oxucu rəyləri

Rəy yaz

Fariz

salam cox super seirdi tesadufen rastlassamda cox beyendim yaradicili insAllah daha boyuk ugular seirler geler

“Allah qəlbindən keçəni bilir… yetər ki, ümidini itirmə.”
- Xuraman Muradova