Xuraman Muradova

Xuraman Muradova: Dünya Yalandı, Oğlum!

Poeziya 13 Jan 2026 172
Xuraman Muradova: Dünya Yalandı, Oğlum!

Xuraman Muradova: Dünya Yalandı, Oğlum!

Aldanma rənginə, şan-şöhrətinə,

Dünyaya uyma ki, dünya yalandı.

Bağlanma fənanın boş ləzzətinə,

Saraylar, sultanlar yerdə qalandı.


Mən səcdə qıldıqca gerçəyi gördüm,

Bu ömrü dualar üstə mən hördüm.

Nəfsi namazımla mən yerə sərdim,

Bir Haqqın dərgahı baqi qalandı.


Canım oğlum, qəlbin nura bələnsin,

Gözündən haqq üçün yaşlar ələnsin.

İstə ki, Rəbbindən rəhmət dilənsin,

Allahdan qeyrisi, vallah, yalandı.


Əlimi açanda adındır duam,

Sənsən mənim üçün ən şirin sevdam.

Düzlükdən ayrılma, ey mənim balam!

Düzlük bir qaladır, dünya yalandı.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“İntizamsızlıq — sənə inananların sevincini gecikdirmək, ümidini isə yarı yolda qoymaqdır.”
- Xuraman Muradova