
Xuraman Muradova - DƏRKİN VÜQARI
Gördüm ki, çox kütlələr bir boşluqda yaşayır,
Səs-küylərin içində həqiqəti tapmazlar.
Dərk etdikcə çoxluqdan məqamın uzaqlaşar,
Çox insanlar ruhunu heç zaman anlamazlar.
Çoxları qərq olubdur o saxta həvəslərə,
Bir məna axtarma gəl, boş yerə yorulma sən.
Səssizlikdir ən uca, ən dərin, ali olan,
Qal öz ucalığında, gəl əsla yorulma sən.
Çoxluqları gördükcə, ruh təkliyə çəkilər,
Bu ki bir qürur deyil, bir idrakın yoludur.
Öz ruhunu bilənlər bu dünyada şah olar,
Həqiqətə çatmağın ən ali bir yoludur.
Səssizlikdir ən uca, təklikdir ali olan,
Doğru yolda ucalar ruhum Haqqa hər zaman.
Çox səs-küyü sevmərəm, sükutlara yaram mən,
Dərkin vüqarı ilə könüllərdə varam mən.
Hələ təsdiqlənmiş rəy yoxdur.